Sabunçuda yolda təmirə 49 nömrəli avtobusun son dayanacağı dəyişdirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabunçuda yolda təmirə 49 nömrəli avtobusun son dayanacağı dəyişdirilib

Qafar Ağayev13:36 - 19 / 10 / 2026
Sabunçuda yolda təmirə 49 nömrəli avtobusun son dayanacağı dəyişdirilib

Bakının Sabunçu qəsəbəsində təmir işləri ilə əlaqədar 49 nömrəli marşrut avtobusunun son dayanacaq məntəqəsi müvəqqəti dəyişdirilib.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, Mehdi Hüseynzadə küçəsinin Yeni Ramana küçəsi ilə kəsişməsindən 68 nömrəli məktəbin qarşısınadək olan hissəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

Məhdudiyyət səbəbindən 49 nömrəli marşrutun son dayanacaq məntəqəsi müvəqqəti olaraq Yavər Əliyev küçəsində təyin edilib.

Paylaş:
177

Son xəbərlər

Bütün xəbərlər