“Sabah” və “Borussiya” bu gün Bakıda qarşılaşacaq

“Sabah” UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti matçına bu gün çıxacaq.
1news.az xəbər verir ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi komanda turnirin III turunda Almaniyanın “Borussiya” (Dortmund) klubu ilə qarşılaşacaq.
Bakı Olimpiya Stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq.
Matçı ispaniyalı FIFA referisi Xavyer Alberola Roxas idarə edəcək.
Qeyd edək ki, “Sabah” Liqa mərhələsində 3 xalla 22-ci pillədə qərarlaşıb. Eyni xala malik Dortmund təmsilçisi isə turnir cədvəlinin 18-ci pilləsində yer alır.
67










