Nizami, Binəqədi və Şirvan prokurorluqlarında təyinatlar - Kamran Əliyevdən ƏMR | 1news.az | Xəbərlər
Cəmiyyət

Nizami, Binəqədi və Şirvan prokurorluqlarında təyinatlar - Kamran Əliyevdən ƏMR

Qafar Ağayev12:56 - Bu gün
Nizami, Binəqədi və Şirvan prokurorluqlarında təyinatlar  - Kamran Əliyevdən ƏMR

Baş prokuror Kamran Əliyevin müvafiq əmrləri ilə Bakı şəhərinin Nizami və Binəqədi rayon prokurorları arasında yerdəyişmə aparılıb, Şirvan şəhər prokuroru isə yenidən həmin vəzifəyə təyin edilib.

1news.az xəbər verir ki, daxil olmuş sorğulara cavab olaraq Baş Prokurorluqdan bildirilib ki, müvafiq əmrə əsasən, Bakı şəhəri Nizami rayon prokuroru Pərviz İbayev tutduğu vəzifədən azad olunaraq Binəqədi rayon prokuroru vəzifəsinə təyin edilib.

Digər əmrlə Bakı şəhəri Binəqədi rayon prokuroru Fuad Məmmədov vəzifəsindən azad olunaraq Nizami rayon prokuroru vəzifəsinə təyin edilib.

Bundan başqa, Baş prokurorun müvafiq əmrinə əsasən, Kamal Talıbov ikinci səlahiyyət müddətinə Şirvan şəhər prokuroru vəzifəsinə təyin olunub.

Paylaş:
84

Son xəbərlər

Bütün xəbərlər