"Bavariya" Çempionlar Liqasında evdə məğlubiyyətsizlik seriyasını 40 matça yüksəldib | 1news.az | Xəbərlər
İdman

"Bavariya" Çempionlar Liqasında evdə məğlubiyyətsizlik seriyasını 40 matça yüksəldib

1news Redaksiyası14:26 - Bu gün
"Bavariya" Çempionlar Liqasında evdə məğlubiyyətsizlik seriyasını 40 matça yüksəldib

Almaniyanın "Bavariya" komandası UEFA Çempionlar Liqasının qrup və ya liqa mərhələlərində evdə məğlubiyyətsizlik seriyasını 40 matça çatdırıb.

1news.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Münhen təmsilçisi bunu III turda evdə İngiltərənin "Arsenal" klubu ilə heç-heçə (2:2) etdiyi matçda reallaşdırıb.

Bundesliqa təmsilçisi keçirdiyi 40 matçın 37-də qələbə qazanıb, 3 heç-heçə edib.

Xatırladaq ki, Münxen klubunun sonuncu ev məğlubiyyəti 2013-cü ilin dekabrında UEFA Çempionlar Liqasının köhnə formatında qeydə alınıb. Həmin vaxt "Bavariya" "Mançester Siti"yə uduzub (2:3). Pley-off mərhələsinin matçları bu seriyaya daxil edilmir.

Paylaş:
51

Son xəbərlər

Bütün xəbərlər