Bakıda futbol üzrə dünya çempionatı keçiriləcək

Bu gün Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalı start götürəcək.
1news.az xəbər verir ki, tarixdə ilk dəfə təşkil olunacaq mundiala Azərbaycan ev sahibliyi edəcək.
Yarış çərçivəsində 189 ölkənin iştirakı ilə minə yaxın oyunun keçirilməsi nəzərdə tutulub. Açılış və bağlanış mərasimləri, eləcə də ilk və final oyunları “Kristal Zal”da təşkil olunacaq.
Azərbaycan mundialda Famil Xəlilovun rəhbərlik etdiyi U-16 yığması ilə təmsil olunacaq. Millimiz “AF” qrupunda Andorra, Avstraliya, Haiti, İsrail və Timor-Leste komandaları ilə mübarizə aparacaq.
Yığmamız ilk oyununu bu gün saat 19:30-da Timor-Leste seçməsinə qarşı keçirəcək.
Qeyd edək ki, dünya çempionatının rəsmi açılış mərasimi bu gün saat 19:00-da “Kristal Zal”da baş tutacaq.










