Hörmüz boğazında daha iki tanker minaya düşüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Hörmüz boğazında daha iki tanker minaya düşüb

1news Redaksiyası11:18 - Bu gün
Hörmüz boğazında daha iki tanker minaya düşüb

İran Hörmüz boğazında daha iki neft tankerinin minaya düşərək partladığını iddia edib.

1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.

Bildirilib ki, tankerlərin dəniz minalarına toxunması nəticəsində baş verən güclü partlayışlar Hörmüz boğazını saatlarla işıqlandırıb.

Məlumata görə, partlayan iki tanker dünən partlayış baş vermiş digər iki tankerin yaxınlığında olub. Bununla da ötən günədək Hörmüz boğazında yanaraq batan tankerlərin sayının 6-ya çatdığı iddia edilir.

Açıqlamada partlayışlar nəticəsində yaranan çirklənmənin boğazın sahillərinə yayıldığı da qeyd olunub.

SEPAH tankerlərin hədəfə alınmasını ABŞ-nin "qanunsuz dəniz blokadasına" və İranın Hörmüz boğazında tətbiq etdiyi qaydaların pozulmasına cavab olaraq həyata keçirilən "cəzalandırma tədbiri" kimi qiymətləndirib.

Bununla yanaşı, neft şirkətlərinin rəhbərlərinə xəbərdarlıq edilib. Bildirilib ki, Hörmüz boğazında yaradıldığı deyilən cənub marşrutu dəniz minaları ilə döşənib.

Qeyd olunub ki, ABŞ hərbi rəsmilərinin açıqlamalarına əsaslanaraq həmin marşrutdan istifadə etməyə çalışan şirkətlərin tankerləri ciddi təhlükə ilə üzləşə bilər.

Paylaş:
38

Son xəbərlər

Bütün xəbərlər