Neftçalada itkin düşən kişinin meyiti kanalda tapılıb

Neftçala rayonunda kanalda meyit tapılıb.
1news.az APA-ya istinadən xəbər verir ki, noyabrın 14-də Mürsəqulu kənd sakini 1969-cu il təvəllüdlü Şahin Kazımovun meyiti Xolqaraqaşlı kəndinin ərazisindən keçən su kanalında tapılıb. Meyit sudan çıxarılıb.
Onun bir gün əvvəl itkin kimi axtarıldığı bildirilir. Meyitin üzərində zorakılıq əlamətləri görünməyib.
Araşdırma aparılır.
49











