Ölkə ərazisində iki gündə 59 cinayət açılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ölkə ərazisində iki gündə 59 cinayət açılıb

1news Redaksiyası12:56 - Bu gün
Ölkə ərazisində iki gündə 59 cinayət açılıb

Noyabrın 14-də və 15-də ölkə ərazisində qeydə alınan 58, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis tərəfindən təmin olunub.

DİN-dən 1news.az-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 67, o cümlədən borclu şəxs qismində axtarışda olan 29 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb.

Paylaş:
52

Son xəbərlər

Bütün xəbərlər