2027-ci ildə növbəti “Yüksəliş” müsabiqəsi keçiriləcək - SƏRƏNCAM | 1news.az | Xəbərlər
Rəsmi

2027-ci ildə növbəti “Yüksəliş” müsabiqəsi keçiriləcək - SƏRƏNCAM

1news Redaksiyası13:35 - Bu gün
2027-ci ildə növbəti “Yüksəliş” müsabiqəsi keçiriləcək - SƏRƏNCAM

2027-ci ildə növbəti “Yüksəliş” müsabiqəsi keçiriləcək.

1news.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, 2027-ci ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçün Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə 1 000 000 (bir milyon) manat ayrılıb.

Maliyyə Nazirliyinə Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan maliyyələşməni təmin etmək tapşırılıb.

“Yüksəliş” müsabiqəsinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 iyul tarixli 1354 nömrəli Sərəncamı ilə yaradılmış Təşkilat Komitəsi bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.

 

 

2027-ci ilnövbəti “

Paylaş:
40

Son xəbərlər

Bütün xəbərlər