537 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

537 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib

1news Redaksiyası13:50 - Bu gün
537 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib

537 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, Novxanı-Pirşağı yolunda (Sahil küçəsi) aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

Məhdudiyyət səbəbindən 537 nömrəli müntəzəm marşrutun hərəkəti müvəqqəti olaraq 52-ci Bağlar, 13-cü Bağlar və 18-ci Bağlar küçələri ilə təşkil edilib.

Paylaş:
33

Son xəbərlər

Bütün xəbərlər