“Azeronline”ın rəqəmsal tərəfdaşlığı ilə Ağdaşda Heyva Festivalı keçirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azeronline”ın rəqəmsal tərəfdaşlığı ilə Ağdaşda Heyva Festivalı keçirilib - FOTO

1news Redaksiyası10:00 - Bu gün
“Azeronline”ın rəqəmsal tərəfdaşlığı ilə Ağdaşda Heyva Festivalı keçirilib - FOTO

Noyabrın 7-də Ağdaş şəhərində “Azeronline LTD” BM-in rəqəmsal tərəfdaşlığı ilə Heyva Festivalı keçirilib.

Ümumilikdə 15 mindən çox ziyarətçinin qatıldığı tədbirdə şirkət festival ərazisini fasiləsiz internet bağlantısı ilə təmin edib. Bununla da “Azeronline” yerli istehsalın tanıdıldığı festivalda kənd təsərrüfatında tətbiq olunan müasir texnologiyaların, o cümlədən IoT (Əşyaların İnterneti) sistemlərinin və telemetriya həllərinin nümayişinə dəstək verib.

Şirkət festivalda “Dünyaya bizimlə bax!” adlı interaktiv stendlə də təmsil olunub. Ziyarətçilər burada “Azeronline”ın yeni məhsul və layihələri, eləcə də əlavə internet avadanlıqları ilə yaxından tanış olublar. Stenddəki oyun zonası, hədiyyəli yarışmalar və müxtəlif sürprizlər qonaqların böyük marağına səbəb olub.

Festival iştirakçılarına şirkətin Ağdaş rayonundakı xidmət imkanları barədə də məlumat verilib. Bildirilib ki, rayon ərazisinin 100%-i “Azeronline”ın yüksəksürətli fiber-optik internet şəbəkəsi ilə əhatə olunub.

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) mütəmadi dərc etdiyi hesabatlara əsasən, “Azeronline” son 11 ay ərzində 150 Mbit/s və daha yüksək sürət göstəricisi ilə provayderlər arasında ən yüksək kateqoriyada yer alıb.

Qeyd edək ki, “Azeronline LTD” BM 2024-cü ildə tamamlanan “Onlayn Azərbaycan” meqalayihəsinin əsas operatorlarından biri olub. Ölkənin ən ucqar yaşayış məntəqələri də daxil olmaqla, əhalinin və təşkilatların yüksəksürətli internetə çıxışını təmin etmək məqsədilə həyata keçirilən layihə çərçivəsində dörd il ərzində sabit genişzolaqlı internetə çıxış imkanı yaradılan təsərrüfatların sayı 13 dəfə artaraq təxminən 3 milyona çatıb.

Paylaş:
68

Son xəbərlər

Bütün xəbərlər