Türkiyədə Sözcü TV-yə əməliyyat keçirilib, telekanala qəyyum təyin olunub

Türkiyədə Sözcü TV-nin binasında polis əməliyyatı keçirilib, telekanalın və onun internet saytının idarəçiliyinə qəyyum təyin edilib.
1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, səhər saatlarında keçirilən əməliyyat zamanı məhkəmə qərarı əsasında polis əməkdaşları binada axtarış aparıb. Əraziyə təhlükəsizlik qüvvələri cəlb olunub və ətrafda mühafizə tədbirləri görülüb.
Bildirilib ki, Baş Prokurorluğun qərarı ilə 4 nəfər barəsində saxlanılma qərarı verilib.
Sözcü TV-yə qəyyum təyin edildi
Məlumata görə, Sözcü media qrupuna daxil olan Sözcü TV-nin və nəşrin internet saytının idarəçiliyinə qəyyum təyin olunub. "Sözcü" qəzetinə isə qəyyum təyin edilməyib.
Qeyd edək ki, Sözcü TV müxalif mövqeyi ilə tanınır.
36











