Əvvəl qadını öldürdü, sonra özünü - Şəmkirdə dəhşətli qətl

Şəmkirdə qətl hadisəsi baş verib.
1news.az-ın APA-ya istinadən məlumatına görə, rayonun Varlı Həyat kənd sakini 1968-ci il təvəllüdlü R.Mustafayevlə onunla birgə yaşayan 1986-cı il təvəllüdlü Y.Süleymanova arasında mübahisə baş verib.
Bu zaman kişi qadının başına küt alətlə zərbələr endirib. Qadın hadisə yerində ölüb. R.Mustafayev qadın öləndən sonra özünə kəsisi alətlə xəsarət yetirib. O da hadisə yerində həyatını itirib.
Faktla bağlı Şəmkir rayon prokurorluğunda cinayət işi başlanıb.
34











