Deputat "Bura Milli Məclisdir, danışmaqxanadır" dedi, spiker sərt cavab verdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Deputat "Bura Milli Məclisdir, danışmaqxanadır" dedi, spiker sərt cavab verdi

1news Redaksiyası13:11 - Bu gün
Deputat "Bura Milli Məclisdir, danışmaqxanadır" dedi, spiker sərt cavab verdi

Milli Məclisin sədri Sahibə Qafarova növbəti dəfə deputat Səyyad Arana sərt cavab verib. 

1news.az “Qafqazinfo” deputat Səyyad Aran Milli Məclisin bu gün keçirilən plenar iclasında gələn ilin dövlət büdcəsi zərfinin müzakirəsi zamanı çıxış üçün reqlamentin az olduğundan şikayət edərək, danışmağa sərhət qoymağın düzgün olmadığını deyib. 

“Ötən gün keçirilən plenar iclasda çıxış üçün verilən reqlament 10 dəqiqədən 5 dəqiqəyə endirildi. Hansı deputat 3 dəqiqə danışmaq istəyirsə, danışsın. Başqalarına niyə yol göstərirlər? Bura Milli Məclisdir, danışmaqxanadır. Danışmağa sərhəd qoymaq olmaz” - deyə deputat əlavə edib.

Spiker Sahibə Qafarova isə deputatın fikirlərinə iradını bildirib: “Bura danışmaqxana deyil. Parlament etikasından və leksikasından istifadə edin. İkincisi, reqlamentin 5 dəqiqəyə keçirilməsi təklif edildi, səsə qoyuldu və qəbul edildi. Ürəyiniz nə qədər istəyirsə, danışın”.

Paylaş:
48

Son xəbərlər

Bütün xəbərlər