Dünya çempionatının həyəcanı Bakıda! - VİDEO

KVAN Group idmanın inkişafını dəstəkləyir və yeni nəsil idmançıların yetişməsinə töhfə verir
KVAN Group UWW yarışlarına dəstək göstərməklə ölkənin idman həyatının inkişafına və yeni nəsil idmançıların formalaşmasına töhfə verir.
2026-cı il noyabrın 23-dən 29-dək Bakıda KVAN Group-un dəstəyi ilə UWW World Championships in Grappling, Pankration, and Amateur MMA dünya çempionatı keçiriləcək. Dünya Güləş Birliyinin (United World Wrestling - UWW) təşkilatçılığı ilə baş tutacaq çempionat dünyanın müxtəlif ölkələrindən olan idmançıları bir araya gətirəcək.
KVAN Group-un təsisçisi Çingiz Kişiyev qeyd edir ki, şirkətin fəaliyyəti yalnız öz peşəkar sahəsi ilə məhdudlaşmamalı, eyni zamanda cəmiyyətə fayda verən təşəbbüslərin dəstəklənməsini də əhatə etməlidir:
“Şəhər təkcə binalardan, yollardan və infrastrukturlardan ibarət deyil. İnsanların, xüsusilə də gənclərin inkişafı üçün şərait yaratmaq da olduqca vacibdir. Biz biznes nümayəndələri olaraq artıq uzun müddətdir ki, bu kimi təşəbbüslərə dəstək göstəririk.”
Beynəlxalq idmanın inkişafına verdiyimiz dəstəyi davam etdirərək, KVAN Group AIGA yarışlarının həmtəşkilatçılarından biri kimi bu çempionatın təşkilində də iştirak edir. U15, U17, U20 və böyüklər kateqoriyalarında dünya çempionu adı uğrunda mübarizə aparacaq idmançıların yanındayıq.
Bakının belə mötəbər beynəlxalq çempionata ev sahibliyi etməsindən qürur duyur, dünya idman arenasında Azərbaycanı təmsil edəcək bütün idmançılarımıza uğurlar arzulayırıq.
KVAN Group haqqında
KVAN Group Azərbaycanda daşınmaz əmlakın inkişafı (devелопment) sahəsində fəaliyyət göstərir. Bahar Residence şirkətin həyata keçirdiyi layihələrdən biridir. Layihələrimizdə memarlığı, gündəlik həyatın rahatlığını və insanların bir araya gəldiyi məkanları vahid konsepsiyada birləşdirməyə çalışırıq.











