Azərbaycanda ötən gün 62 şübhəli şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda ötən gün 62 şübhəli şəxs saxlanılıb

1news Redaksiyası11:04 - Bu gün
Azərbaycanda ötən gün 62 şübhəli şəxs saxlanılıb

Noyabrın 17-də ölkə ərazisində qeydə alınan 42, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis tərəfindən təmin olunub.

DİN-dən 1news.az-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 116, o cümlədən borclu şəxs qismində axtarışda olan 90 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb.

Paylaş:
29

Son xəbərlər

Bütün xəbərlər