Alban-Udi icmasının nümayəndələri Xocavənddə yerləşən Amaras monastırını ziyarət ediblər

Alban-Udi icmasının nümayəndələri Xocavənd rayonunun Cütcü kəndi ərazisində yerləşən Amaras monastırını ziyarət ediblər.
1news.az Alban-Udi xristian dini icmasının nümayəndələri Xocavənd rayonunun ərazisində yerləşən Amaras monastırını ziyarət ediblər.
IV əsrə aid olan Amaras monastırı Qafqaz Albaniyasının qədim dini irsinin mühüm nümunələrindən biri, eyni zamanda tarixi dini və yepiskopluq mərkəzlərindən hesab olunur.
Qeyd edək ki, Alban-Udi xristian dini icmasının nümayəndələri bundan əvvəl işğaldan azad edilmiş ərazilərdə yerləşən digər qədim Alban məbədlərini, o cümlədən Laçındakı Ağoğlan və Kəlbəcərdəki Xudavəng monastırlarını da ziyarət ediblər. Amaras monastırına isə bu, icma nümayəndələrinin ilk səfəri olub.











