Azərbaycan BP ilə birgə enerji layihələrinin inkişafını müzakirə edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan BP ilə birgə enerji layihələrinin inkişafını müzakirə edib

1news Redaksiyası14:00 - Bu gün
Azərbaycan BP ilə birgə enerji layihələrinin inkişafını müzakirə edib

Azərbaycan və BP şirkəti arasında birgə enerji layihələrinin inkişafı müzakirə edilib.

1news.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli ilə görüşüb.

P. Şahbazov qeyd edib ki, "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun dərin qaz ehtiyatlarının işlənilməsi, "Şahdəniz" və "Qarabağ" layihələrinin inkişafı, BP-nin enerji infrastrukturunun elektrikləşdirilməsi, eləcə də bərpa olunan enerji sahəsində əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.

Paylaş:
46

Son xəbərlər

Bütün xəbərlər