Sumqayıt bulvarında 20 yaşlı oğlan dənizdə batıb, axtarış aparılır - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıt bulvarında 20 yaşlı oğlan dənizdə batıb, axtarış aparılır - VİDEO

1news Redaksiyası14:08 - Bu gün
Sumqayıt bulvarında 20 yaşlı oğlan dənizdə batıb, axtarış aparılır - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Sumqayıt Dənizkənarı Bulvarın ərazisində dənizdə 1 nəfərin batması barədə məlumat daxil olub.

Bu barədə 1news.az-a FHN-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda vətəndaş - 2006-cı il təvəllüdlü Şahaliyev Nəsrəddin Sədrəddin oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Paylaş:
34

Son xəbərlər

Bütün xəbərlər