Qəbələdə kişi şəxsin həmkəndlisinin qulağını qopardı

Qəbələ rayonu Dızaxlı kəndində qeyri-adi xuliqanlıq hadisəsi baş verib.
1news.az Lent.az-a istinadən xəbər verir ki, kənd sakini R.M. münaqişə zəminində həmkəndlisi, A.A-nın sol qulağını dişləyərək qoparıb.
Məlumata görə, tərəflər arasında torpaq sahəsi ilə bağlı münaqişə yaranıb.
R.M. saxlanılıb.
Araşdırma aparılır.
39











