Sabunçuda evlərə girərək oğurluq edən 4 nəfər saxlanılıb

Paytaxtın Sabunçu rayonunda iki nəfər polisə müraciət edərək evlərindən ümumi dəyəri 1690 manat olan məişət əşyalarının oğurlandığını bildiriblər.
1news.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə əməli törətməkdə şübhəli bilinən A.Qarabəyli, N.Xəlilov, əvvəllər məhkum olunmuş R.Ağayev və F.Rzayev müəyyən edilərək saxlanılıblar.
Araşdırmalarla məlum olub ki, həmin şəxslər ev sahiblərinin yoxluğundan istifadə edərək dəmir barmaqlıqları qırıb əməli törədiblər. Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
39











