Arda Güler “Real Madrid”lə müqaviləsini 2032-ci ilədək uzadıb

“Real Madrid” Türkiyə millisinin futbolçusu Arda Gülerlə yeni müqavilə imzaladığını rəsmən açıqlayıb. Yeni anlaşmaya əsasən, futbolçu 2032-ci il iyunun 30-dək Madrid təmsilçisinin formasını geyinəcək.
1news.az xəbər verir ki, bu barədə klubun rəsmi açıqlamasında bildirilib.
Arda Güler “Santyaqo Bernabeu”da keçirdiyi dörd mövsüm ərzində 126 rəsmi matçda meydana çıxıb və bu müddətdə 5 titul qazanıb. Bunlara UEFA Çempionlar Liqası, FIFA Klublararası Dünya Çempionatı, UEFA Superkuboku, İspaniya çempionluğu (La Liqa) və İspaniya Superkuboku daxildir.
21 yaşlı futbolçu Türkiyə millisinin heyətində də indiyədək 38 dəfə meydana çıxıb. O, ötən ay UEFA Çempionlar Liqasının 2025-2026-cı illər mövsümündə “Ən yaxşı çıxış edən gənc oyunçu” mükafatına layiq görülüb.
İspaniya mediasının məlumatına görə, yeni müqavilə ilə Arda Gülerın illik ümumi (vergilər tutulmamış) maaşı 9 milyon avroya yüksəlib.








