Abşeronda yük avtomobillərindən 10 min manatlıq oğurluq edilib

Abşeronda nəqliyyat vasitələrindən oğurluq edən şəxs saxlanılıb.
DİN-dən 1news.az-a verilən xəbərə görə, Abşeron rayonunda yük avtomobillərindən ümumi dəyəri 10320 manat olan naqil və akkumulyator oğurlanıb. Polisə daxil olmuş məlumat əsasında keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş P.Allahverdiyev müəyyən edilərək saxlanılıb. Araşdırmalarla məlum olub ki, o, rayonun müxtəlif yerlərində nəqliyyat vasitələrindən oğurluq əməlini törədib. Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
33











