Tramp və Putin Çində görüşüblər | 1news.az | Xəbərlər
Dünya

Tramp və Putin Çində görüşüblər

1news Redaksiyası16:02 - Bu gün
Tramp və Putin Çində görüşüblər

Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla Çində keçirilən rəsmi tədbir öncəsi səmimi şəkildə salamlaşıb.

1news.az BBC-yə istinadən xəbər verir ki, Rusiyanın Kremlə aid media qrupu “Telegram” kanalında Vladimir Putin, Donald Tramp və Çin Sədri Si Cinpinin (Xi Jinping) Şençjendə keçiriləcək qala ziyafətindən əvvəl qırmızı xalça üzərində bir araya gəldiklərini əks etdirən video yayıb.

Kadrlarda Donald Tramp, Si Cinpin və onun həyat yoldaşının yanaşı dayandığı, bir qədər sonra isə Vladimir Putinin onlara yaxınlaşdığı görünür. Putin və Tramp əvvəlcə əl sıxaraq salamlaşıb, daha sonra bir-birlərinin çiyinlərinə toxunaraq səmimi münasibət nümayiş etdiriblər.

Qeyd edək ki, Donald Tramp və Vladimir Putin sonuncu dəfə 2025-ci ilin avqustunda Alyaskada keçirilən Rusiya-ABŞ sammitində görüşüblər.

Bu, Si Cinpin, Donald Tramp və Vladimir Putinin ilk dəfə birlikdə görüntülənməsidir. Üç liderin noyabrın 19-da günortadan sonra üçtərəfli görüşünün keçirilməsi planlaşdırılır.

Paylaş:
131

Son xəbərlər

Bütün xəbərlər