Əli Əsədov Gürcüstan Baş nazirinin müavini ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Əli Əsədov Gürcüstan Baş nazirinin müavini ilə görüşüb

1news Redaksiyası17:33 - Bu gün
Əli Əsədov Gürcüstan Baş nazirinin müavini ilə görüşüb

Bu gün Baş nazir Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili ilə görüşüb.

Bu barədə 1news.az-a Nazirlər Kabinetindən xəbər verilib.

Görüşdə Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlığa əsaslanan münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb.

Oktyabrın 30-da keçirilmiş Azərbaycan–Gürcüstan Hökumətlərarası Komissiyasının 11-ci iclasında razılaşdırılan məsələlərin icrası, həmçinin ikitərəfli əlaqələrin aktual istiqamətləri nəzərdən keçirilib. Ticarət-iqtisadi, investisiya, nəqliyyat-tranzit, enerji və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.

Paylaş:
44

Son xəbərlər

Bütün xəbərlər