Cəbrayılın Soltanlı, Zəngilanın Cahangirbəyli kəndlərinə növbəti olub, açarlar təqdim edilib - YENİLƏNİB

Noyabrın 19-da işğaldan azad edilmiş ərazilərə yola salınan növbəti köç karvanları Cəbrayıl rayonunun Soltanlı və Zəngilan rayonunun Cahangirbəyli kəndlərinə çatıb.
1news.az Trend-ə istinadən xəbər verir ki, bu mərhələdə Soltanlı kəndinə qayıdan 80 nəfərdən ibarət 16 ailəyə, Cahangirbəyli kəndinə köçən isə 75 nəfərdən ibarət 19 ailəyə mənzillərinin açarları təqdim edilib.
Açarların təqdim olunması mərasimlərində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, eləcə də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
09:18
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu gün Soltanlı kəndinə 16 ailə (80 nəfər), Cahangirbəyli kəndinə isə 19 ailə (75 nəfər) köçür.
Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərə minnətdarlıqlarını bildirib, Vətən uğrunda canlarından keçən şəhidlərə rəhmət diləyiblər.


























