Azərbaycan nefti ucuzlaşıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan nefti ucuzlaşıb

1news Redaksiyası09:51 - Bu gün
Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

1news.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,17 dollar və ya 1,18% azalaraq 97,62 ABŞ dolları olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 98,79 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Paylaş:
50

Son xəbərlər

Bütün xəbərlər