Gəncədə 75 yaşlı şəxsin köməyinə xilasedicilər çatıb - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Gəncə şəhəri, Şah İsmayıl Xətai prospektində yerləşən yaşayış binasında vətəndaşın mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bu barədə 1news.az-a FHN-nin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri cəlb olunub.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilin qapısını açaraq 1951-ci il təvəllüdlü vətəndaşı yaxınlarına təhvil veriblər.
46











