Azərbaycanda bir gündə 37 cinayət açılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda bir gündə 37 cinayət açılıb

1news Redaksiyası11:39 - Bu gün
Azərbaycanda bir gündə 37 cinayət açılıb

Noyabrın 18-də ölkə ərazisində qeydə alınan 32, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis tərəfindən təmin olunub.

️DİN-in Mətbuat Xidmətindən 1news.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 127, o cümlədən borclu şəxs qismində axtarışda olan 108 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.

Paylaş:
48

Son xəbərlər

Bütün xəbərlər