Yaxın Şərqdə üç ay xidmət aparan ABŞ gəmisi regionu tərk etdi - SƏBƏB | 1news.az | Xəbərlər
Dünya

Yaxın Şərqdə üç ay xidmət aparan ABŞ gəmisi regionu tərk etdi - SƏBƏB

Qafar Ağayev12:00 - Bu gün
Yaxın Şərqdə üç ay xidmət aparan ABŞ gəmisi regionu tərk etdi - SƏBƏB

ABŞ-ın “USS George Washington” aviadaşıyıcı gəmisi Yaxın Şərqi tərk edərək Sakit okeana yollanıb.

1news.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin Sakit okean donanmasının adının açıqlanmasını istəməyən nümayəndəsi ABŞ Hərbi Dəniz İnstitutuna (USNI) açıqlamasında bildirib.

Onun sözlərinə görə, təxminən üç aydır Yaxın Şərqdə xidmət aparan aviadaşıyıcı gəmi regionu tərk edərək ABŞ-ın 7-ci Donanmasının məsuliyyət zonasına daxil olub.

Qeyd edək ki, daha əvvəl “The New York Times” qəzeti ABŞ-ın hərbi rəsmisinə istinadən “USS Theodore Roosevelt” aviadaşıyıcı gəmisinin bir neçə gün ərzində Yaxın Şərqə çataraq fəaliyyətə başlayacağını iddia edib.

Paylaş:
46

Son xəbərlər

Bütün xəbərlər