Sabah bəzi rayonlarda intensiv yağış və qar gözlənilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabah bəzi rayonlarda intensiv yağış və qar gözlənilir

1news Redaksiyası13:05 - Bu gün
Sabah bəzi rayonlarda intensiv yağış və qar gözlənilir

Bakıda və Abşeron yarımadasında noyabrın 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Bu barədə 1news.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, güclü qərb, şimal-qərb küləyi, gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 10-15° isti, gündüz 16-20° isti olacaq. Atmosfer təzyiqi 752 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət 50-60% təşkil edəcək.

Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi dağlıq, dağətəyi rayonlarda arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 17-21° isti, dağlarda gecə 0-5° isti, gündüz 13-18° isti olacaq.

Paylaş:
66

Son xəbərlər

Bütün xəbərlər