Astarada elektrik dirəyi aşdı, 4 iribuynuzlu tələf oldu - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Astarada elektrik dirəyi aşdı, 4 iribuynuzlu tələf oldu - FOTO

1news Redaksiyası15:24 - Bu gün
Astarada elektrik dirəyi aşdı, 4 iribuynuzlu tələf oldu - FOTO

Astara rayonunda yüksəkgərginlikli elektrik dirəyinin aşması dörd baş qaranalın tələf olması ilə nəticələnib.

1news.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonunun Əzərüd kəndi ərazisində baş verib.

Yüksək gərginlikli elektrik dirəyinin aşması nəticəsində kənd sakini Sona Rəşidovaya məxsus dörd baş qaramal tələf olub. Ona dəyən maddi zərər 9 min manat məbləğində qiymətləndirilir.

Məsələ ilə bağlı Cənub Regional Eneji Təchizatı və Satışı İdarəsindən bildiriilib ki, sözügedən ərazidə yerləşən transformator kənd məktəbinin balansındadır. Həmin transformatordan çıxan yüksək gərginlikli xətlər məktəbi elektrik enerjisi ilə təmin edir: "Məktəbə cavabdeh olan qurumun müraciəti əsasında xətlərin çəkildiyi 30 dirəyin yeri dəyişdirilə bilər".

Paylaş:
26

Son xəbərlər

Bütün xəbərlər