Elxan Nəcəfov yeni vəzifəyə təyin edildi

Nəcəfov Elxan Abşeron-Xızı Regional Təhsil İdarəsinə müdir təyin olunub.
1news.az xəbər verir ki, elm və Təhsil naziri Emin Əmrullayev bu barədə əmr imzalayıb.
Qeyd edək ki, o, 2022–2023-cü illərdə Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri, 2023–2024-cü illərdə Naxçıvan Muxtar Respublikasının təhsil nazirinin müavini olub.
2024-2026-cı illərdə isə Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifəsində çalışıb.
67











