Sabirabadda avtomobilin vurduğu piyada xəstəxanada öldü | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabirabadda avtomobilin vurduğu piyada xəstəxanada öldü

1news Redaksiyası11:12 - Bu gün
Sabirabadda avtomobilin vurduğu piyada xəstəxanada öldü

Sabirabadda avtomobilin vurduğu piyada xəstəxanada ölüb.

1news.az APA-ya istinadən xəbər verir ki, oktyabrın 31-i saat 22 radələrində Sabirabad rayonunun Çöl Beşdəli kəndinin ərazisində Vüqar Əliməmmədov idarə etdiyi “QAZ-31105” markalı avtomobillə yolu keçən Sabirabad rayonunun Çölbeşdəli kəndi sakini, 1961-ci il təvəllüdlü Məmmədov Yaşar Qubalı oğlunu vurub.

Piyada açıq kəllə-beyin travması ilə Şirvan xəstəxanasına yerləşdirlib və ötən gecə orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
34

Son xəbərlər

Bütün xəbərlər