"Rəqəmsal Maliyyə Mərkəzi"nə direktor təyin edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

"Rəqəmsal Maliyyə Mərkəzi"nə direktor təyin edilib

1news Redaksiyası11:27 - Bu gün
"Rəqəmsal Maliyyə Mərkəzi"nə direktor təyin edilib

Maliyyə Nazirliyinə məxsus "Rəqəmsal Maliyyə Mərkəzi" MMC-yə direktor təyin edilib.

1news.az xəbər verir ki, bu, Nurlan Soltanovdur.

O, indiyə qədər nazirliyin Aparatının Müasir texnologiyalar və innovasiyalar şöbəsinin müdiri vəzifəsində çalışıb.

"Rəqəmsal Maliyyə Mərkəzi" 2005-ci ildən fəaliyyət göstərən "Məlumat Hesablama Mərkəzi" MMC-nin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 6 min manatdır. Mərkəz maliyyə informasiya sistemlərinin inkişafı, istismarı, modernləşdirilməsi və fasiləsiz fəaliyyətinin səmərəli təşkil edilməsi, informasiya təhlükəsizliyi üzrə mövcud standartlara uyğun idarəetmə mexanizmlərinin tətbiqi və gücləndirilməsi, əsas və ehtiyat məlumat mərkəzlərinin fasiləsiz işinin təmin edilməsi, eləcə də maliyyə əməliyyatlarının elektron mühitdə daha çevik və inteqrasiya olunmuş formada idarə olunması üçün fəaliyyət göstərir.

Paylaş:
33

Son xəbərlər

Bütün xəbərlər