Azərbaycanda bir gündə 71 cinayət açılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda bir gündə 71 cinayət açılıb

1news Redaksiyası11:29 - Bu gün
Azərbaycanda bir gündə 71 cinayət açılıb

Noyabrın 19-da ölkə ərazisində qeydə alınan 71, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması polis tərəfindən təmin olunub.

DİN-dən 1news.az-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 128, o cümlədən borclu şəxs qismində axtarışda olan 90 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 39, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 78 nəfər saxlanılıb.

Paylaş:
40

Son xəbərlər

Bütün xəbərlər