Xəzərdə qanunsuz balıq ovu: İki nəfər saxlanıldı

Xəzər dənizinin Xaçmaz rayonu istiqamətində qanunsuz balıq ovuna qarşı tədbir keçirilib.
1news.az xəbər verir ki, bu barədə DİN-in Su Nəqliyyatında Polis İdarəsi, DSX-nin Sahil Mühafizə Xidməti və Balıqçılıq və Akvakultura Mərkəzinin birgə məlumatında deyilir.
Qeyd edilib ki, əməliyyat-axtarış tədbiri DİN-in Su Nəqliyyatında Polis İdarəsi, DSX-nin Sahil Mühafizə Xidməti və Balıqçılıq və Akvakultura Mərkəzinin əməkdaşlarının iştirakı ilə baş tutub.
Nabran qəsəbəsi istiqamətində saxlanılan “Yamaha” markalı motorlu qayıqda 1980-ci il təvəllüdlü Pərviz Xankişiyev və 1997-ci il təvəllüdlü Həsən İsayev saxlanılıblar.
Onlardan qanunsuz ovlanmış 29 ədəd nərəcinsli balıq aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.











