Noyabr pensiyaları tam ödənildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Noyabr pensiyaları tam ödənildi

1news Redaksiyası13:55 - Bu gün
Noyabr pensiyaları tam ödənildi

Respublika üzrə noyabr ayının pensiya ödənişləri yekunlaşdırılıb.

1news.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb. 

Bildirilib ki, noyabrın 6-da Naxçıvan Muxtar Respublikası, noyabrın 13-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, bu gün isə ölkəmizin bölgələrində qeydiyyatda olan şəxslərin noyabr ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

Paylaş:
48

Son xəbərlər

Bütün xəbərlər