Bakıda avtoxuliqanlıq edən sürücü həbs olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda avtoxuliqanlıq edən sürücü həbs olunub

1news Redaksiyası16:10 - Bu gün
Bakıda avtoxuliqanlıq edən sürücü həbs olunub

Bakıda avtoxuliqanlıq edən sürücü həbs olunub.

Bu barədə 1news.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Bildirilib ki, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edən, digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaradan "VAZ 2107" markalı, 90-KK-071 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Rüfət Mustafazadə DYP əməkdaşları tərəfindən saxlanılıb.

Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə nəqliyyat vasitəsini idarəetmə hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla R.Mustafazadə inzibati qaydada həbs edilib.

Paylaş:
39

Son xəbərlər

Bütün xəbərlər