Bakıda 59 min manatlıq brend zinət əşyaları aşkarlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda 59 min manatlıq brend zinət əşyaları aşkarlandı

1news Redaksiyası17:33 - Bu gün
Bakıda 59 min manatlıq brend zinət əşyaları aşkarlandı

Gömrük nəzarətindən gizli şəkildə gətirilən mallar aşkar olunub Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində müxtəlif brendlərə aid malların gömrük nəzarətindən gizli şəkildə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

DGK-dən 1news.az-a verilən məlumata görə, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Bakı-Tbilisi reysi ilə tranzit qaydada gömrük nəzarəti zonasını tərk edərkən saxlanılıb və onunla qanunvericiliyə uyğun olaraq sorğu-sual aparılıb.

Həmin şəxs havalimanının sanitar qovşağında içərisində qızıl-zinət əşyaları və saatlar olan bir ədəd bağlama gizlətdiyini bildirib. Yoxlama zamanı həmin bağlamadan tanınmış brendlərə aid, ümumilikdə dəyərləri 59 min 500 manatdan çox olan 2 ədəd qol saatı, 3 ədəd biləzik, 1 cüt sırğa, aksesuarlar aşkar edilib

Paylaş:
80

Son xəbərlər

Bütün xəbərlər