Azərbaycan Prezidenti: Paşinyanın pakistanlı, türkiyəli xüsusi təyinatlılar barəsində dedikləri növbəti sərsəmlikdir | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan Prezidenti: Paşinyanın pakistanlı, türkiyəli xüsusi təyinatlılar barəsində dedikləri növbəti sərsəmlikdir

23:14 - 28 / 10 / 2020
Azərbaycan Prezidenti: Paşinyanın pakistanlı, türkiyəli xüsusi təyinatlılar barəsində dedikləri növbəti sərsəmlikdir

Paşinyanın pakistanlı, türkiyəli xüsusi təyinatlılar barəsində dedikləri növbəti sərsəmlikdir.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Rusiyanın İnterfaks agentliyinə müsahibəsində deyib.

Dövlət başçsı bildirib: "Burada Türkiyənin heç bir xüsusi təyinatlısı yoxdur. Bu barədə dəfələrlə demişəm, buna ehtiyac da yoxdur. İndi onun ağzı o qədər qızışıb ki, guya hansısa pakistanlı xüsusi təyinatlılar var. Yeri gəlmişkən, buna görə məncə etiraz notası da alıb. Bu, cəfəngiyatdır, belə şey yoxdur. Bu, əvvələn, üçüncü tərəfləri münaqişəyə cəlb etmək, münaqişəni beynəlmiləlləşdirmək və özünün alçaldılmış vəziyyətini ört-basdır etmək cəhdləridir. Guya döyüş meydanında vuruşan Azərbaycan deyil, Türkiyənin və Pakistanın xüsusi təyinatlılarıdır. O, cəfəngiyat danışır. Bu yaxınlarda deyib ki, guya Azərbaycanın Suriyadan gətirdiyi terrorçular Rusiya ərazisinə soxulub və Qroznıda terror aktı törədiblər. Başa düşün, bu ki, tamamilə cəfəngiyatdır.

Rusiyanın xüsusi xidmət orqanları bu terror aktını kimin təşkil etdiyini yəqin ki, bilirlər. Bundan əvvəl Paşinyan deyirdi ki, Türkiyənin F-16 təyyarəsi Ermənistana məxsus Su-25 təyyarəsini vurub. Hamı bilir ki, bu, yalandır. Bütün bunları həm Rusiya, həm də digər həmsədr ölkələr izləyirlər. İndi biz texnologiyalar əsrində yaşayırıq. Heç nəyi gizlətmək mümkün deyil. O deyəndə ki, Gəncəyə ballestik raketləri Ermənistan atmayıb, bu, sadəcə, axmaqlıqdır. Ona görə ki, hər hansı ballestik raketin buraxılması izlənilir. Bu raketin haradan buraxılmasını, ona hansı döyüş tapşırığı verilməsini Rusiya da çox gözəl bilir, Amerika da, Fransa da. Bu döyüş tapşırığının hədəfi yaşayış məhəlləsi idi. İkinci dəfə də yaşayış məhəlləsi oldu. Gəncədə bizim heç bir hərbi bazamız, heç bir hərbi şəhərciyimiz yoxdur.

Axı, o, yalan deyir. Bu dəhşətli dağıntı kadrlarını biz yox, yüzlərlə xarici jurnalist çəkəndə, xarici diplomatlar birbaşa dağıntılar yerindən müsahibə verəndə də Paşinyan yalan deyir. Deyir ki, bunu edən Ermənistan deyil. Bəs kimdir? Biz özümüz Gəncəyə zərbə endirmişik? Yalançılığın, ən başlıcası, axmaqlığın dərəcəsini təsəvvür edirsinizmi? Bunu hər bir adekvat insan başa düşməli idi, bunu gizlətmək mümkün deyil. Buna görə də onun pakistanlı, türkiyəli xüsusi təyinatlılar barəsində dedikləri növbəti sərsəmlikdir. Sabah deyər ki, biz ərazilərimizi azad etmək üçün buraya marslıları gətirmişik. Ondan nə desəniz gözləmək olar".

S.Xankişiyeva

 

Paylaş:
362

Son xəbərlər

Bakıda evdə meyit tapılıbBu gün, 10:44Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu aparılacaqBu gün, 10:3324 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEOBu gün, 10:25Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan varBu gün, 10:18Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro - FOTOBu gün, 10:11“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb - VİDEOBu gün, 10:06İcma Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyibBu gün, 09:33Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədirBu gün, 09:11Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:03Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58
Bütün xəbərlər