Dünyanın ən bahalı 10 KÜÇƏSİ | 1news.az | Xəbərlər
Cəmiyyət

Dünyanın ən bahalı 10 KÜÇƏSİ

12:39 - 10 / 07 / 2019
Dünyanın ən bahalı 10 KÜÇƏSİ

Yayı turizm mövsümü hesab edirlər. İnsanların gəldikləri ölkələrin tarixi yerlərini, gözəl mənzərələrini seyr etməklə yanaşı, mütlət ən böyük alış-veriş mərkəzlərinə də baş çəkməyi unutmurlar.

Bu günki insana nəyi geyinməyi öyrətmək lazım deyil. Daha doğrusu ona seçimində bir balaca istiqamət versən, yetər. Lakin bəzi paltarlar var ki, onu ancaq xüsusi yerlərdən, məsələn, müəyyən ölkənin ən bərkgedən mərkəzi küçəsindəki mağazalardan almaq olar. Bu zaman adi şoppinq, bir növ, rituala çevrilir. Ən bahalı paltarlar, ən ekstraordinar brendlər yalnız belə yerlərdə olur. Buradan bazarlıq etsəniz, bununla bütün dostlarınızın içərisində fəxr edə bilərsiniz.

Haqqında danışacağımız ən bahalı 10 küçənin Azərbaycan prototipi Fəvvarələr meydanı da daxil olmaqla Torqovıdır. Düzdür, Torqovıda bazarlıq edən şəxs İtaliya istehsalı olan pencək alanda əmin olmur ki, bu mal, həqiqətən, Appenindən gətirilib. Dərhal ağla Türkiyənin və ya ən pessimistlərdə isə yerli sexlərin birinin məhsulu olduğu gəlir. Amma ən bahalı 10 küçədə belə şübhələrə yer yoxdur. Bəs onlar hansılardır? Harada yerləşirlər? Adları nədir?

Beləliklə gencaile.az-a istinadən dünyanın ən bahalı 10 küçəsini təqdim edirik:

10. Laugavegur

Nağıllar ölkəsi kimi xarakterizə olunan İslandiyanın paytaxtı Reykyavikdə Laugavegur küçəsi yerləşir. Bu küçə keçmişlə müasirliyin kəsişdiyi nadir nöqtələrdən biridir. Qəribədir ki, Laugavegur Reykyavikin mərkəzi küçəsi deyil. Buranı heç dəbin baş qərargahı da adlandırmaq olmaz. Lakin nə deyəsən ki, vikinqlər bahalı brendlərin əksərini  bu küçəyə cəlb edə biliblər. Bir də unutmayaq ki, İslandiya Avropanın ən bahalı ölkələrindən sayılır. Və əgər Laugavegur küçəsindən bir paltar alsanız, sonra isə başqa bir ölkədə ziyafətə oradan alınmış kostyumda getsəniz, əmin ola bilərsiniz ki, heç kim də bu dəstdən olmayacaq.

9. The Magnificient Mile

Çikaqonun bu küçəsi bütün ABŞ-da və ondan kənarda olduqca populyardır. Miçiqan Avenyunun "Möhtəşəm Mili" kimi tərcümə olunan bu küçə dəbin episentridir. Adı dillər əzbəri olan brendlərdən əlavə, ən son ticarət markalarının məhsullarını bu küçədə tapmaq olar. Həmin markalardan Brooks Brothers, Cartier, FAO Shwartz, Gucci, Lord&Taylor, Louis Vuitton, Neiman, Marcus, Tiffany, Hermes və Versace-ni göstərmək olar.

8. Avinguda Diagonal

Bu küçəyə getmək üçün çox səbəb var. Ən azı ona görə ki, Avinguda Diagonal Kataloniyanın mərkəzi şəhəri olan Barselonanın tacıdır. Bizdən yaxşı bilirsiniz ki, Barselopna Avropanın ən qədim və antik memarlıq abidələri ilə zəngin şəhərlərindən biridir. Odur ki, ən bahalı brendlər burada qotik üslublu binaların birinci mərtəbəsində vitrin açmaq üçün dəridən-qabıqdan çıxırdılar. Keçmiş zamanda yazdım, çünki indi nəinki Diaqonal prospektində, hətta adi küçələrdə belə boş yer qalmayıb. Əgər nə vaxtsa Barselonaya getsəniz, bu küçəni mütləq ziyarət edin. Heç nə almaq lazım deyil. Sadəcə olaraq, yay vaxtı bayırda qurulmuş kafelərin birində oturaraq ispan qəhvəsi içə-içə bu füsunkar şəhərin gözəlliyini seyr edin. Sizi əmin edirəm ki, həmin an həyatınıza əbədi həkk olunacaq.

7. Ginza

Avinguda Diagonal-dan Avrasiya materinin tam əsk qütbünə- Günəşin hamıdan tez oyandığı Yaponiyaya gedək. Dünyanın ən bahalı şəhəri Tokioda bir neçə küçə var ki, orada ciblər sürətlə boşalır. Həmin küçələrdən biri də Ginza-dır. Bu küçədə o qədər brend adına rast gəlirsən ki, istər-istəməz başın gicəllənir. Buna qiymətlərin də böyük təsiri var. Bütün vitrinlər Yaponiyanın milli üslubunda bəzədilib. Bir şey almasanız belə, orada gəzən yaponların mehriban və səmimi üzlərinə baxmaq nəyə istəyirsən, dəyər. Ginza gecə xüsusilə gözəldir. Küçənin istənilən yerində yanan saysız-hesabsız və rəngarəng neon lampalar ona xüsusi görkəm verir.

6. Fifth Avenue

Beşinci Avenyu- Manhettenin ən populyar və bahalı küçəsi dilimizdə məhz belə səslənir. Gucci, Henri Bendel, Tiffany, Bergdorf Goodman, Steuben, Christian Dior və Versace öz yerində, bu küçənin ən bahalı və nüfuzlu mağazaları sırasına Saks Fifth Avenue, Bloomingdales və ya Macy"s brendləri də daxildir. Deyilənə görə, bir əlamətə görə hamı dərhal anlayır ki, siz turistsiniz. Məhz mağazaların vitrinlərinin qeyri-adiliyindən gəlmələrin ağzı açılır. Bu da ona gətirib çıxara bilər ki, sizin kimi məftun olmuş başqa bir turistlə toqquşa bilərsiniz.

5. Rodeo Drive

Beverly Hills barəsində eşitmisiniz. Onun haqqında eşitməmək mümkün deyil. Bir çox mütəxəssisin fikrincə, dəbin lap qaynar nöqtəsi elə Rodeo Drive-dir. Cəmi 3 kvartaldan ibarət bu küçəni tez-tez Hollivud ulduzları ziyarət edir. Zarafat deyil, elə paltar dəstləri var ki, onların qiyməti 10 min dollardan başlayır.

4. Bond Street

İngiltərəyə aid nə varsa, onun əsas nöqtəsi qədimliyi ilə bağlı olur. Bu mənada Londonun Bond Street küçəsi də istisna təşkil etmir. 1616-cı ildə bu küçənin adı bir dövlət kitabına düşüb. Dəb ustaları isə Bond Street-i XIX yüzillikdə bəyəniblər. Piccadily Circus-la Oxford Street arasında yerləşən bu küçə ilə qədimliyi ücbatından iki yerə - Old Bond və New Bond-a ayrılıb. Old Bond Street-də aristokrat təbəqəü çün pal-paltar satılır. Cavanların isə New Bond-da alış-veriş etməsi məsləhətdir.Burada antikvariat məhsulların auksionu tez-tez keçirilir.Məhz bu səbəbdənSothbey"s və Phillips auksionlarının baş ofisi Bond Street-də yerləşir.

3. Bahnhofstrasse

Saatlar, banklar və başqa belə dəyərli atributların vətəni İsveçrə siz bu onluq bir qədər solğun görünərdi.Saatlar ölkəsinin ən bahalı şəhəri Sürix bu küçənin yerləşdiyi şəhərdir.Isveçrəlilərin mentalitetini bilmək istəsəniz, bu küçəni gəzməyiniz yetər.Təmizlik, dəqiqlik, səliqə -  Bahnhofstrasse küçəsindən alacağınız ilk təəssürat məhz bu şəkildə olacaq. Küçənin uzunluğu 1,5 km olsa da, onun mağazalarının vitrinlərindəki malların minimum qiyməti 1,5 milyon avrodan çoxdur.

2. Via Monte Napoleone

Bu küçə İtaliya sənayesinin mərkəzi olan Milanı bu Top 10-da təmsil edir. Gucci, Cartier, Yyes Saint Laurent, Alexander McQueen, Boucheron, Versace, Valentino, Prada öz yerində, sadəcə olaraq, bir şeyi deyim ki, bu küçənin lap yaxınlığında La Skala yerləşir. Artıq şəhrə ehtiyac yoxdur.

1. Champs Elysees

Və nəhayət zirvə. Dəbdən danışan da Parisin adını çəkməmək günah olardı. İndi əmin ola bilərsiniz ki, biz bu gün aha batanlardan olmadıq. Çünki ən bahalı küçə məhz Fransanın paytaxtında yerləşir. Qədim yunanlar Elyses deyəndə axirət dünyasını nəzərdə tuturdular. Yelisey çöllərinin mənası o dünya deməkdir.Ölümdən elə-belə danışmadım.Çünki bu küçədədə ölmək olar, lakin gözəllikdən.Yelisey çölləri turistlərin cibini boşaltmaqda rəqib tanımadığından ən bahalı küçə nominasiyasının qalibi olub. Lakin rəfiqənizlə bu küçə boyu gəzib ona heç nə almasanız belə, sizdən inciməz. Axı Champs Elysees-də gəzmək hər cütlüyə nəsib olmur.

1news.az

Paylaş:
1448

Son xəbərlər

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilibBu gün, 14:23İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü keçirilib - FOTO - YENİLƏNİBBu gün, 14:19Bakıda körpə pəncərədən düşərək ölübBu gün, 13:59AFFA “Qarabağ” klubunu cərimələyibBu gün, 13:51Bu il martın sonuna manatın real effektiv məzənnəsi azalıbBu gün, 13:32İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİBBu gün, 13:26Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTO - YENİLƏNİBBu gün, 13:13“SABAH.incubation” “Green Hackathon” tədbirini uğurla tamamladı - FOTOBu gün, 13:08Azərbaycanda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcəkBu gün, 13:02Şənbə gününün havası açıqlandı: 32 dərəcə isti olacaqBu gün, 12:47“Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”Bu gün, 12:42Azərbaycan Prezidenti: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyikBu gün, 12:26XİN: Avropa Parlamentinin qətnaməsi əsassızdırBu gün, 12:19İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədirBu gün, 12:07Şirvanda narkotikə görə 6 nəfər saxlanıldıBu gün, 12:02Kamaləddin Qafarov: “Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir”Bu gün, 11:52Bakıda velosipedlər üçün əlavə bölmə olan svetoforlar quraşdırılıb - FOTOBu gün, 11:45COP29-un rəhbər heyəti ispaniyalı nazir ilə görüşübBu gün, 11:32NİİM-dən sürücülərə və piyadalara müraciətBu gün, 11:15Qəbiristanlıqda yaradılan dəm-dəsgah - Bunun İslam dini ilə əlaqəsi varmı? - ŞƏRHBu gün, 11:12
Bütün xəbərlər