Fransada avro şousu… - VİDEO - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Fransada avro şousu… - VİDEO - FOTO

16:07 - 18 / 07 / 2019
Fransada avro şousu… - VİDEO - FOTO

Bunu lap əvvəldə deyim. Hamının,  idman eləmək, hoppanıb-düşmək, çimmək, əylənmək, evlənmək, boşanmaq və sair kimi hüquqları vardir. Çünki sosial və siyasi statusundan öncə hamı insandır. İnsan olaraq  müxtəlif tələbatları, şəxsi həyatı var…

Yəni bu çağacan iqtidarlı müxalifətli kimsənin həyatının şəxsi tərəflərindən bəhs edən məlumatlara, video materiallara diqqət eləməmişəm. Heç bu haqda yazmağı da lazım bilməmişəm. Amma görürsən ki, elə məsələlər var onu gərək yazasan. Yazasan bilsinlər ki, görürsən. Çünki artıq məsələ o yerə çatıb ki, ağıllı-ağıllı danışan avropada oturub dövləti, onun ali rəhbərilərini söyən, guya həm də ölkə bu vəziyyətdədir deyə zülüm çəkən siyasi mühacirlər, ölkəni əməlli hədəfə alıb. Onlar artıq hətta havadarlarından daha təhlükəlidir. Məsələn, özləri eləmədikləri şeyləri eləməyin vacib olduğu barədə ordan bura dərs keçir, mesaj verirlər. Bu açıq-aydın dağıdıcılıq missiyasının icrasıdır.

***

…AXCP sədri Əli Kərimlinin hazırda Fransada yaşayan qohumu İnqilab Kərimlinin arvo bükümünü dostlarının təpəsindən üzü aşağı səpməsi və ləqəblə, “Ağsaqqal” çağırılması haqda videoya baxandan sonra düşündüm ki, gərək bu məsələləri artıq yazasan. Yazasan adamlar bilsin ki, onlara kimlər ağıl hocalığı edir, yol göstərir, dövlətinizi dağıdın, müharibə edin, küçələrə tökülün deyir.

…Onda da bir hirs bürüyür adamı, yazsan bir zülümdür, yazmasan başqa. Yazmasan günbəgün daha üzlü, olurlar. Yazsan daha da populyarlaşırlar. O da olmur, bu da. Əlac qalır ki, məqamı gəldikcə ic üzlərini göstərəsən. Bu videoda olduğu kimi. Göstərəsən və deyəsən ki, bax ay millət, gör bunlarda sənə deyilən vətən həsrəti, sevgisi, vətəndaş hayına qalan adam sifəti görürsənmi?!

Yəni ki, gedin yeyin-için,  kefdə olun. Amma Azərbaycanın, azərbaycanlıların halına yanan, dövlət dərdi çəkən rolunu oynamayın bərbad görünürsünüz.

Siz nə müxalifətsiniz, nə yaxşı insan, nə də nümunəvi vətəndaş. Siz fərdi maraqları hər şeyi üstələyən, vətən, millət sayğısı olmayan bir qrupsunuz, bircə ovuc adamsınız. Adınız “söyüş müxalifəti”.  Sizin fəaliyyətiniz heç zaman bəyənilə, təqdir oluna bilməz.

Düzdür sizi tənqidə görə, layiq olmadığımız təhqirlərə məruz qoya bilirsiniz bizi. Olsun,  bu hədyanlara məruz qalsaq da dövlət satıb başa avro bağlaması səpmirik. Fəaliyyətimiz, keçmişimiz qaranlıq deyil. Vətən satmamışıq, cinsi azlıq kimi oturum almamışıq,fırıldağımız yox, dövlət yıxmaq planları qurmuruq, məqamı yeri gəldikcə sözümüzü deyirik, inciyən inciyir, incimiyənin zehninə sağlıq söyləyirik…Biz də azıq, amma siz deyilik…Qaçmırıq, min oyundan çıxıb axşam da canlı efirə çıxıb dövləti söyüb artistlik eləmirik.

Heç viza almaq üçün rüşvət verməyə adamımız da yoxdur. Məsələn,

Beləcə… Sizlərin bir qismi Avropadan, o biri qismi Avropa qədər də Bakıdan qidalanır, cibi pullu, ruhsuz bədənsizniz, burası bəlli, amma bu qədər iyrəncə mənəzərlərdın nəyin həzzini alıb, kimdən heyif çıxırsınız orası bəlli deyil…

Nə deyəsən? Bircə istəyirsən yüksək bir mərtəbəyə qalxıb bərkdən deyəsən, camaat, ay camaat, bunlar sizi adam yerinə qoymur. Sizdən və dövlətdən qisas almaqdan, Azərbaycanı Avropaya təhvil verməkdə, pul qazanmaqdan başqa nəsə lazım deyil bunlara. İstəyirsən adamlar bilsin ki, dövlət və millət olaraq bizim təpəmizə onda kül  olacaq ki, bunların hakimiyyət və ya vəzifə arzuları reallaşacaq…

 

Paylaş:
491

Son xəbərlər

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilibBu gün, 14:23İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü keçirilib - FOTO - YENİLƏNİBBu gün, 14:19Bakıda körpə pəncərədən düşərək ölübBu gün, 13:59AFFA “Qarabağ” klubunu cərimələyibBu gün, 13:51Bu il martın sonuna manatın real effektiv məzənnəsi azalıbBu gün, 13:32İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİBBu gün, 13:26Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTO - YENİLƏNİBBu gün, 13:13“SABAH.incubation” “Green Hackathon” tədbirini uğurla tamamladı - FOTOBu gün, 13:08Azərbaycanda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcəkBu gün, 13:02Şənbə gününün havası açıqlandı: 32 dərəcə isti olacaqBu gün, 12:47“Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”Bu gün, 12:42Azərbaycan Prezidenti: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyikBu gün, 12:26XİN: Avropa Parlamentinin qətnaməsi əsassızdırBu gün, 12:19İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədirBu gün, 12:07Şirvanda narkotikə görə 6 nəfər saxlanıldıBu gün, 12:02Kamaləddin Qafarov: “Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir”Bu gün, 11:52Bakıda velosipedlər üçün əlavə bölmə olan svetoforlar quraşdırılıb - FOTOBu gün, 11:45COP29-un rəhbər heyəti ispaniyalı nazir ilə görüşübBu gün, 11:32NİİM-dən sürücülərə və piyadalara müraciətBu gün, 11:15Qəbiristanlıqda yaradılan dəm-dəsgah - Bunun İslam dini ilə əlaqəsi varmı? - ŞƏRHBu gün, 11:12
Bütün xəbərlər