1news.az

İDEA təşkilatının layihəsinə Yevlax da qoşuldu – FOTO

20 Fevral saat 16:28 ~ 3 dəqiqəlik oxu 412
İDEA təşkilatının layihəsinə Yevlax da qoşuldu – FOTO

Əsas məqsədi həyət və məhəllələrin ekoloji cəhətdən təmiz və abad edilməsi, yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılması olan və İDEA İctimai Birliyi tərəfindən həyata keçirilən “Bizim həyət” layihəsinə Yevlax şəhəri də qoşulги. Bununla əlaqədar şəhərdəki Heydər Əliyev pr. 10 ünvanlardakı həyətdə əsaslı təmir-yenidənqurma işləri layihəsi hazırlanıb.

1news.az-ın məlumatına görə, İctimai Birliyin köməyi ilə Malbinəsi kəndində 92 ailənin məskunlaşdığı yeni yaşayış məhlləsinin sakinləri üçün 1 ədəd subartezian quyusu qazılaraq istifadəyə verilib.

Eyni zamanda  6 saylı bağçada yeni, müasir layihə əsasında əsasl təmir işlərinə başlanılıb. Müvafiq Dövlət Proqramına uyğun olaraq yaxın zaman kəsiyində rayonda 4 məktəbin yenidən tikilməsi və 4 məktəbin əsaslı  təmiri planlaşdırılıb. 

Bu məlumatları Yevlax Şəhər İcra Hakimiyyətinin 2019-cu ilin yekunlarına həsr olunmuş hesabat yığıncağında Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev verib. Daha çox qarşıda duran vəzifələr, görüləcək işlər, həyata keçiriləcək sosial layihələrin müzakirə edildiyi hesabat yığıncağında bildirilib ki, bu aydan etibarən şəhərdə əsaslı təmirə ehtiyacı olan 35 yaşayış binası və qəzalı vəziyyətdə olan 15 binanın dam örtükləri  mərhələli şəkildə təmir olunacaq.

Yevlax şəhərinin daha da abadlaşması və gözəlləşməsi, buranın paytaxt Bakı və digər böyük şəhərlər səviyyəsinə çatdırılması məqsədi ilə mövcud istirahət parkları yenidənqurularaq təmir ediləcək. Artıq Dədə Qorqud parkında təmir işlərinə başlanılıb və parkın ərazisi genişlənərək Kamil Sabitov küçəsinədək uzadılması nəzərdə tutulur. Bu il mərkəzdə Kamil Sabitov küçəsi yenidən qurulacaq, burada yolun genişləndirilməsi, səkilərin bərpası,  işıq dirəklərinin qoyulması nəzərdə tutulur.

Yevlax şəhəri üçün mühüm əhəmiyyət kəsb edən kanalizasiya xətlərinin çəkilişi və sakinlərin keyfiyyətli içməli su ilə təminatı məqsədi ilə ölkə başçısı tərəfindən 5 milyon manat vəsait  ayrılıb və hazırda layihələndirmə işləri həyata keçirilir.

Bu il 3 kənddə qazlaşma işləri aparılır, yaxın günlərdə Bəydili kəndində də bu işlərə başlanacaq və beləliklə rayondakı 50 yaşayış məntəqəsindən hamısı təbii qazla təmin ediləcək.

Kənd təsərrüfatı rayonu olan Yevlaxda pambıqçılığın, baramaçılığın, taxılçılığın, heyvandarlığın inkişafı üçün əlavə tədbirlərin görülməsi nəzərdə tutulub. Aran qəsəbəsində Şəkər zavodunun tikintisi, istixana kompleksinin və sənaye parkının yaradılması üçün torpaq sahələri ayrılıb. Bu obyektlərin işə düşməsi aqrar məhsulların istehsalının daha da artmasına təkan olmaqla eyni zamanda rayonda yeni iş yerlərinin açılması və məşğulluq məsələlərinin həllində də böyük kömək olacaq.

Yayı isti və quraq keçən Yevlaxda yaşıllıqların artırılmasının xüsusi əhəmiyyətini nəzərə alaraq şəhər ərazisindən keçən magistral avtomobil yollarının və yaşayış binalarının həyətlərində yaşıllıqların artırılması, küçə və meydanlarda çəmənliklərin, güllüklərin salınması nəzərdə tutulub. Artıq payız aylarından bu işlərə başlanılıb və il ərzində onlar davam etdiriləcək.  

Hesabat yığıncaqda çıxış edənlər  rayonda görülmüş işləri müzakirə edərək qarşıda duran vəzifələrdən, həlli vacib məsələlərdən söhbət açdılar.

Toplantı iştirakçıları adından Prezident İlham Əliyevə ünvanlanan müraciətdə rayonun sürətli inkişafına göstərdiyi diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıq, Yevlaxlıların quruculuq əzmi ifadə olundu.

1news.az

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net