Mehmet Ali Dim: Türk mediası olaraq səylərimizi birləşdirməliyik | 1news.az | Xəbərlər
Siyasət

Mehmet Ali Dim: Türk mediası olaraq səylərimizi birləşdirməliyik

17:14 - 17 / 10 / 2019
Mehmet Ali Dim: Türk mediası olaraq səylərimizi birləşdirməliyik

Azərbaycana Türkiyə və dünyanın bir çox ölkəsindən olan 60-dan çox media nümayəndəsi ilə birlikdə gəlmişik. Bir millət, iki dövlət olduğumuzdan bizim mediamız da bərabərdir. Türk mediası olaraq bir yerdəyik. Təşkilatçılara minnətdaram ki, çox gözəl səfər proqramı hazırlayıblar. Bizi Azərbaycanda gözəl qarşıladılar. Azərbaycanın qayğıları, kədəri, narahatlıqları, sevinci bizə də eyni dərəcədə təsir edir.

1news.az xəbər verir ki, bu fikirləri Qlobal Jurnalistlər Birliyinin sədri Mehmet Ali Dim Quba Soyqırımı Memorial Kompleksini ziyarət zamanı AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində söyləyib.

“Hazırda olduğumuz Quba Soyqırımı Memorial Kompleksi tarixdən dərs çıxarılacaq bir məkandır. Mən buraya 2007-ci ildə kütləvi məzarlıq yeni aşkarlandığı zaman da gəlmişdim. O vaxt da çox təsirlənmişdim. Burada saysız-hesabsız dinc sakin ermənilər tərəfindən qətlə yetirilib. İndi bu ərazidə memorial yaradılıb. Bu da bizi son dərəcə məmnun etdi. Amma əlbəttə ki, türk mediası olaraq səylərimizi birləşdirməliyik. Ən azından Xocalı soyqırımının ildönümü öncəsi ortaq manşetlərlə, xəbər bülletenləri ilə yayımlanmağımız lazımdır.

“Sülh çeşməsi” əməliyyatları zamanı da gördük ki, Türkiyənin ən yaxın dostları elə türk dövlətləridir. Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə də gördük ki, qardaş ölkələr Türkiyənin haqlı mübarizəsinə dəstək nümayiş etdirdilər. Biz həmişə bir-birimizə sahib çıxmalıyıq”, - deyə Mehmet Ali Dim bildirib.

1news.az

Paylaş:
575

Son xəbərlər

XİN: Avropa Parlamentinin qətnaməsi əsassızdırBu gün, 12:19İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədirBu gün, 12:07Şirvanda narkotikə görə 6 nəfər saxlanıldıBu gün, 12:02Kamaləddin Qafarov: “Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir”Bu gün, 11:52Bakıda velosipedlər üçün əlavə bölmə olan svetoforlar quraşdırılıb - FOTOBu gün, 11:45İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edirBu gün, 11:34COP29-un rəhbər heyəti ispaniyalı nazir ilə görüşübBu gün, 11:32Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTOBu gün, 11:20NİİM-dən sürücülərə və piyadalara müraciətBu gün, 11:15Qəbiristanlıqda yaradılan dəm-dəsgah - Bunun İslam dini ilə əlaqəsi varmı? - ŞƏRHBu gün, 11:12Bakıda evdə meyit tapılıbBu gün, 10:44Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu aparılacaqBu gün, 10:3324 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEOBu gün, 10:25Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan varBu gün, 10:18Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro - FOTOBu gün, 10:11“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb - VİDEOBu gün, 10:06İcma Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyibBu gün, 09:33Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədirBu gün, 09:11Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:03
Bütün xəbərlər