1news.az

Şəhidlik zirvəsinə ucalan 23 yaşlı qəhrəman Cavid Bayramov - VİDEO

12 Yanvar saat 17:32 ~ 1 dəqiqəlik oxu 1180
Şəhidlik zirvəsinə ucalan 23 yaşlı qəhrəman Cavid Bayramov - VİDEO

İndi isə könüllü qatıldığı döyüşlərdə böyük şücaətlər göstərən şəhidimiz Cavid Bayramovdan danışacayıq. 23 yaşlı şəhidimiz mühasirəyə düşərkən son dəfə atası ilə danışa bilib. Cəmi 10 dəqiqə sonra isə şəhadətə qovuşub. Anası deyir ki, Cavid heç vaxt Qarabağın işğalı ilə barışmırdı. Onun vətənə hədsiz sevgisi var idi.

1news.az xezerxeber.az-a istinadən bildirir ki, hələ uşaq olarkən ancaq vətənpərvər musiqilər dinləyərdi. Dilbər guşələrimizin işğal altında olması ilə heç vaxt barışmazdı. Vətənə olan sonsuz sevgisi onu ən yüksək zirvəyə, şəhidlik zirvəsinə ucaltdı.

Kəmalə Bayramova 23 yaşlı şəhid balası Cavid Bayramovu xatırlayarkən bu cümlələrlə başlayır sözlərinə.

Anası deyir ki, ali təhsilli olan oğlu könüllü olaraq cəbhəyə yazılıb və ən ağır döyüşlərdə iştirak edib.

Şəhidimizin atası Azər Bayramov deyir ki, oğlu zarafatçıl olub. Onunla çiyin-çiyinə döyüşən yoldaşları bildiriblər ki, Cavidin yerində etdiyi zarafatları onların üzünü həm güldürürmüş, həm də ruhlandırırmış. Azər Bayramovun sözlərinə görə, övladı Füzuli uğurunda gedən ağır döyüşlərdə şəhadətə qovuşub. Elə şəhid olmazdan cəmi 10 dəqiqə əvvəl də son dəfə atası ilə danışıb.

Cavid Bayramov Füzuli və Cəbrayıl uğurunda gedən ağır döyüşlərdə böyük şücaətlər göstərib. Onu bu qəhrəmanlıqlarına görə, ölkə başçısı ölümündən sonra ''vətən uğurunda'' və ''cəbrayılın azad olunmasına görə'' medalları ilə təltif edib.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2021 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net