Füzulinin Kərimbəyli kəndinin içməli su problemi həll edildi – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Füzulinin Kərimbəyli kəndinin içməli su problemi həll edildi – FOTO

18:26 - 20 / 03 / 2018
Füzulinin Kərimbəyli kəndinin içməli su problemi həll edildi – FOTO

“Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Prezident Sərəncamına uyğun olaraq cəbhə bölgəsində yerləşən Füzuli rayonunun Kərimbəyli kəndinin içməli su problemi həll edilib.

“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a bildiriblər ki, Novruz bayramı ərəfəsində layihənin açılışı keçirilib.

Açılış mərasimində Füzuli Rayon İcra hakimiyyətinin başçısı Alı Alıyev son illər rayonda həyata keçirilən abadlıq və quruculuq işləri barədə məlumat verib. Bildirib ki, işğaldan azad olunmuş yaşayış məntəqələrinin, o cümlədən Kərimbəyli kəndinin kommunal xidmətlərlə təminatı dövlət tərəfindən həmişə diqqətdə saxlanılıb. Sovet dövründə Kərimbəyli kəndində su xətləri çəkilib, ümumi istifadə üçün bulaqlar quraşdırılıb. 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində kənddəki yaşayış evləri və kommunal infrastruktur dağıdılıb. 1994-cü ilin yanvarında uğurlu Horadiz əməliyyatı nəticəsində kənd işğaldan azad olunub. Ötən illərdə kəndin sosial və kommunal infrastrukturunun bərpası istiqamətində mühüm işlər görülüb. Novruz bayramı ərəfəsində kənddə yeni su təchizatı sistemlərinin açılışı sakinlər üçün əsl bayram hədiyyəsi oldu.

“Azərsu” ASC-nin sədr müavini Seymur Seyidov bildirib ki, cəbhəyanı ərazidə yerləşən kəndlərin içməli su təchizatı xüsusi diqqətdə saxlanılıb. Ağdam, Tərtər, Goranboy, Qazax, Füzuli, Tovuz və digər rayonların cəbhə xəttinə yaxın kəndlərində içməli su layihələri icra edilib. Vaxtilə Kərimbəyli kəndində su təchizatı sistemi yaradılsa da Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində yaşayış evləri və kommunal infrastruktur, o cümlədən su təchizatı sistemləri dağıdılıb. Yeni layihə çərçivəsində kəndin su təchizatı sistemi tam bərpa edilib. Bununla da “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı çərçivəsində layihələrin icrası tam başa  çatdırılıb. S.Seyidov kənd yaşayış məntəqələrinin içməli su ilə təchizatı layihələrinin 2018-ci ildə də davam etdiriləcəyini bildirib.

Açılış mərasimində iştirak edən kənd sakinləri bildiriblər ki, uzun illər içməli suya olan tələbatlarını həyətyanı sahələrindəki quyular hesabına və ya daşıma  yolu ilə ödəyirdilər. Yeni layihənin icrası bu problem birdəfəlik həll edib.

Layihəyə əsasən, Füzuli rayonunun Kərimbəyli kəndini içməli su ilə təmin etmək üçün 1 ədəd subartezian quyusu qazılıb, su mənbəyində nasos, transformator və elektrik xətləri quraşdırılıb. Kənddə mövcud olmuş hər birinin turumu 500 kubmetr olan 2 ədəd su anbarı əsaslı təmir edilib. Kərimbəyli kəndində müxtəlif diametrli polietilen borularla 6,5 km uzunluğunda su xətləri çəkilib, əhalinin ümumi istifadəsi üçün 32 ədəd bulaq quraşdırılıb. Bu layihə kəndin 2 minə yaxın sakinin içməli su təminatının yaxşılaşdırılmasına imkan yaradıb.

Xatırladaq ki, “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq ölkənin 28 rayonunun 170 yaşayış məntəqəsində içməli su təchizatı sistemləri yaradılıb. Bu layihələrin icrası nəticəsində həmin kəndlərdə 271 min nəfər içməli su ilə təmin olunub.

1news.az

Paylaş:
663

Son xəbərlər

Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu aparılacaqBu gün, 10:3324 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEOBu gün, 10:25Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan varBu gün, 10:18Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro - FOTOBu gün, 10:11“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb - VİDEOBu gün, 10:06İcma Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyibBu gün, 09:33Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədirBu gün, 09:11Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:03Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54
Bütün xəbərlər