İqtisadçı “Pensiya Amnistiyası”nın verilməsini təklif edir | 1news.az | Xəbərlər
İqtisadiyyat

İqtisadçı “Pensiya Amnistiyası”nın verilməsini təklif edir

10:16 - 24 / 05 / 2019
İqtisadçı “Pensiya Amnistiyası”nın verilməsini təklif edir

Bu ildən “Əmək pensiyaları haqqında” Qanuna edilən dəyişiklilərə görə, 2006-cı ilin əvvəlindən, yəni fərdi uçot sistemi tətbiq olunandan sonra 2018-ci il iyulun 1-dək fərdi hesabında toplanan məbləğdən asılı olmayaraq pensiya kapitalı qeydə alınıbsa, 2006-cı ilədək 25 il sosial sığorta stajı hesablanır.

1news.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, əgər vətəndaşın ötən ilin ikinci yarısınadək fərdi hesabında hər hansı bir vəsait olubsa, o, 25 illik pensiya stajı ilə pensiyaya çıxır. Bu yaxşıdır, amma heç də bütün yaşlı insanlarımızın pensiya almasına imkan vermir. Məsələ ondadır ki, elə vətəndaşlarımız var ki, onların 2006-cı ilədək 25 deyil, daha az, məsələn, 22 il iş stajı olub və 2006-cı ildən sonra yığımı da olmayıb. Qaydalara əsasən, belə vətəndaşlarımızın əmək pensiyası almaq hüquqları yoxdur.

"Qeyd edim ki, son zamanlar bu məsələ ilə bağlı bizə çoxlu sayda müraciətlər olunur. Vətəndaş 2006-cı ilədək hətta 24 il işləyib, amma sonradan əmək müqaviləsi olmadığı üçün yığım edə bilməyib və indi pensiya yaşı çatsa da pensiya ala bilmir. Yalnız 67 yaşı tamam olan zaman sosial müavinət alacaq. O isə minimum əmək pensiyası ilə müqayisədə kiçik məbləğdir. Bütün bu müraciətləri nəzərə alaraq biz “Pensiya Amnistiyası”nın verilməsini təklif edirik. Yəni, əgər vətəndaşın 2006-cı ilədək müəyyən iş ştajı olubsa və hətta 2006-cı ildən sonra onun fərdi hesabında heç bir yığım olmayıbsa, onun pensiya yaşı çatan zaman minimum pensiya məbləği ilə təmin olunmasına ehtiyac var”, deyə ekspert vurğulayıb.

V.Bayramov əlavə edib ki, bu yaş qrupunda olan insanların sosial təminata daha çox ehtiyacının olduğunu nəzərə aldıqda belə amnistiyanın verilməsi çox vacibdir.

1news.az

 

Paylaş:
699

Son xəbərlər

Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59Azərbaycan Prezidenti: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayırBu gün, 14:55İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçirirlər - CANLIBu gün, 14:53Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - FOTOBu gün, 14:42“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilibBu gün, 14:23İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü keçirilib - FOTO - YENİLƏNİBBu gün, 14:19Bakıda körpə pəncərədən düşərək ölübBu gün, 13:59AFFA “Qarabağ” klubunu cərimələyibBu gün, 13:51Bu il martın sonuna manatın real effektiv məzənnəsi azalıbBu gün, 13:32İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİBBu gün, 13:26Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTO - YENİLƏNİBBu gün, 13:13“SABAH.incubation” “Green Hackathon” tədbirini uğurla tamamladı - FOTOBu gün, 13:08Azərbaycanda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcəkBu gün, 13:02Şənbə gününün havası açıqlandı: 32 dərəcə isti olacaqBu gün, 12:47“Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”Bu gün, 12:42Azərbaycan Prezidenti: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyikBu gün, 12:26XİN: Avropa Parlamentinin qətnaməsi əsassızdırBu gün, 12:19İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədirBu gün, 12:07Şirvanda narkotikə görə 6 nəfər saxlanıldıBu gün, 12:02Kamaləddin Qafarov: “Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir”Bu gün, 11:52
Bütün xəbərlər