MFL-in ən maraqlı mövsümü və Rulewave Baku-nun çempionluğu haqqında – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Futbol

MFL-in ən maraqlı mövsümü və Rulewave Baku-nun çempionluğu haqqında – FOTO – VİDEO

12:16 - 18 / 06 / 2019
MFL-in ən maraqlı mövsümü və Rulewave Baku-nun çempionluğu haqqında – FOTO – VİDEO

Azərbaycanda ən iri həvəskarlar liqası MFL-in üçüncü mövsümü başa çatdı.

1news.az-ın verdiyi xəbərə görə, Rulewave Baku United Sport MFL 2018/19-un çempionu oldu.

Finalda Rulewave Baku komandası Sirena Motors-a 3:2 hesabı ilə qalib gəldi. Həlledici görüşdə Müslüm Abbasov və Mirmehdi Rzayevin qolu qələbə qazandırdı. Sirena Motors komandasından isə Əlisalam Həmidov və Orxan Gülməmmədli qol vurdu.

Matçın sonunda mükafatlandırma mərasimi baş tutdu. Rulewave Baku komandası United Sport MFL 2018/19-un qalibi kimi 10 000 manat həcmində mükafatın sahibi oldu. Sirena Motors isə 2 000 manat əldə etdi.

Oyundan sonra Rulewave Baku-nun baş məşqçisi, Azərbaycanın futzal üzrə yığmasının kapitanı Rizvan Fərzəliyev qeyd edib ki, bu qələbə onun üçün çox böyük əhəmiyyət daşıyır:

“Bir çox finallarda oynamışam. Gərginliyin nə qədər yüksək olduğunu bilirəm. Lakin bu çempionat başqadır. Baxmayaraq ki, United Sport MFL 2018/19-da həvəskarlar oynayır, lakin final mübarizəsi peşəkar matçlardan heç də geri qalmır.

Karyeram ərzində istər “Araz”ın, istərsə də Azərbaycan yığmasının tərkibində bir çox finallar görmüşəm. Lakin buradakı finalın əhəmiyyəti şəxsən mənim üçün çoxdur. Rulewave Baku-nun məşqçisi kimi bu işə çox səy göstərmişəm. Uşaqlara öz təcrübəmi ötürməyə çalışmışam. Buna görə də matçın bütün iştirakçılarına minnətdarlığımı bildirmək istəyirəm”.

Finaldan öncə üçüncü yer uğrunda matç keçirilib. Gərgin mübarizədə Kapital Bank bürünc medal qazana bildi. Beerbaşa-ya üstün gəlmək yalnız matçdan sonrakı penaltilərdə mümkün oldu. Matçın əsas hissəsi heç-heçə (1:1) bitdi, penalti hissəsində isə uğur Kapital Bank-ın (9:8) tərəfində oldu. Kapital Bank üçüncü yerə sahib olmaqla MFL-in növbəti mövsümündə ödənişdən azad olundu.

Mövsümün yekunlarına görə, bir sıra futbolçular mükafatlandırılıb. Sirena Motors-un lideri Əlisalam Həmidov mövsümün ən yaxşı futbolçusu olub. Həmçinin o, 61 qol ilə turnirin ən yaxşı bombardiri adını qazanıb. Həmçinin Sirena Motors-un lideri 700 manat pul mükafatı da qazanıb. (300 manat ən yaxşı bombardir, 400 manat mövsümün MVP-si olaraq).

 

Ən çox məhsuldar ötürmə edən – Rulewave Baku-dan Emin Əliyev. Onun hesabında 42 top ötürmə var. E.Əliyev 200 manat pul mükafatına layiq görülüb.

Beerbaşa-dan olan Musa Musazadə hamıdan az top buraxdığı üçün ən yaxşı qolkiper adını qazanaraq 200 manat pul mükafatına layiq görülüb.

Baku Eagles komandası ən nizam-intizamlı kollektiv kimi Fair Play mükafatına layiq görülüb.

Həmçinin mövsümün nəticələrinə əsasən altı futbolçudan ibarət simvolik yığma tərtib edilib. Onların da hər biri 300 manat mükafata layiq görülüb. Buraya Musa Musazadə (Beerbaşa), Elmir Fətəliyev (Kapital Bank), Nicat Qafarlı (Səbail), Roman Xıdırov (Ultra), Əlisalam Həmidov (Sirena Motors) və Emin Əliyev (Rulewave Baku) daxildir.

Final matçından sonra MFL-in direktoru Rəhman Hacıyev geridə qalan mövsümlə bağlı öz fikirlərini bölüşüb:

“Hesab edirəm ki, bu mövsüm çox maraqlı keçdi. Bu, artıq MFL-in üçüncü tam mövsümüdür. Ötən mövsümlərdən səhvlərdən nəticə çıxararaq budəfəki mövsümü kifayət qədər problemsiz və maraqlı çempionat olaraq təşkil etdik. Düşünürəm ki, qarşımıza qoyduğumuz məqsədə nail olduq. Matçlar ətrafında böyük çoşqunun şahidi olduq. Hər oyuna çoxlu sayda azarkeşlərin gəlişi bu mövsümün olduqca maraqlı keçdiyinin göstəricisidir”.

CBC Sport telekanalı liqanın informasiya tərəfdaşı olaraq finaldan xüsusi reportaj hazırlayıb.

Ötən mövsümdən bəhs etdikdə bütün ulduzların ənənəvi matçını – MFL ALL STAR xatırlatmasaq olmaz. United Sport MFL 2018/19-un ulduzları MDB-nin ən yaxşı məhəllə oyunçularına dərs keçib.

Bakıya Street Madness Team komandası təşrif buyurmuşdu. Bu komandanın tərkibində ən yaxşı həvəskar oyunçular Jan-Pyer Papen və Bizex daxildir. Bakıda onlar AZAL-ın eks-futbolçusunun rəhbərliyi ilə Urban Kings Azerbaijan-da birləşdilər. Yeni komanda Street Football Kings adını alaraq United Sport MFL 2018/19-un ulduzları ilə yarışdı. Matç MFL ALL STAR-ın 5:2 hesablı qələbəsi ilə nəticələndi.

Beləliklə, MFL-in builki mövsümü başa çatdı. Xatırladaq ki, United Sport MFL 2018/19-un budəfəki mövsümündə 52 komanda yarışırdı. Komandalar iki konferensiyaya bölünmüşdü. Ümumilikdə United Sport MFL 2018/19-un builki mövsümündə 1000 futbolçu oynayıb.

Komandalardan hər biri qrup mərhələsində 25 matç keçirib. Hər bir konferensiyadan ən yaxşı səkkiz komanda 30 matç keçirməklə pley-off mərhələsinə yüksəlib.

United Sport MFL 2018/19 oyunları MFL-in 14 min istifadəçisi olan rəsmi Facebook səhifəsi vasitəsilə birbaşa yayımlanıb. Bütün mövsüm ərzində 18 matç canlı yayımlanıb.

Qeyd edək ki, MFL United Sport 2018/19Sirena Motors, Leading Supply Solutions LLC, United Sport, McDonald's Azerbaijan, Muganbank, BOS SHELF LLC və Ödəal (Bon) sponsorluğu ilə keçirilib.

MFL-i izləyin:

MFL Facebook

MFL Instagram

MFL Youtube

http://www.mfl.az/

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
1424

Sizin üçün xəbərlər

Son xəbərlər

Dövlət Komitəsi beynəlxalq mükafata layiq görülübBu gün, 17:44Ankarada Azərbaycanla Türkiyə arasında Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib - YENİLƏNİBBu gün, 17:36İsmail Serageldin Prezidentin fəxri diplomu ilə təltif edilibBu gün, 17:24Milli Məclisin sədri ilə Bolqarıstan Prezidenti arasında görüş keçirilibBu gün, 17:14Cevdet Yılmaz: İşğaldan azad olunmuş ərazilərlə bağlı əməkdaşlığın gücləndirilməsini nəzərdə tuturuqBu gün, 17:03Baş nazir İlham Əliyevin COP-29-a dəvət məktubunuRəcəb Tayyib Ərdoğana təqdim edəcəkBu gün, 16:58Sevinc Fətəliyeva: Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayırBu gün, 16:51Zaqatalada dönərdən zəhərlənmə ilə bağlı yeni məlumat açıqlandıBu gün, 16:45Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB 1Bu gün, 16:39“Qərbi Azərbaycana qayıdış” olimpiadasının ilkin mərhələsinin nəticələri açıqlanıbBu gün, 16:32Bakının Əhməd Rəcəbli küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 16:24Rəhman Hacıyev: “Qarabağın Rəngləri” layihəsi Qarabağın yalnız mədəni dirçəlişinə deyil, həm də fiziki olaraq bərpasına töhfə verirBu gün, 16:20Lənkəranın Şağlasər kəndində Birinci Qarabağ müharibəsinin şəhidi ilə vida mərasimi başa çatıb - YENİLƏNİBBu gün, 16:07Leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQBu gün, 16:06Azərbaycan Prezidenti bolqarıstanlı həmkarını COP29-a dəvət edibBu gün, 16:00Bəzi yerlərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 15:58Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü olub - YENİLƏNİB 1Bu gün, 15:53Azərbaycan və İsrail XİN nümayəndələri görüşübBu gün, 15:48Masazırda saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanılıb - FOTO - VİDEOBu gün, 15:39İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB 1Bu gün, 15:17
Bütün xəbərlər