Formula 1 Azərbaycan Qran-Prisinin sıralanma turuna start verilib | 1news.az | Xəbərlər
FORMULA 1

Formula 1 Azərbaycan Qran-Prisinin sıralanma turuna start verilib

17:22 - 28 / 04 / 2018
Formula 1 Azərbaycan Qran-Prisinin sıralanma turuna start verilib

Aprelin 28-də saat 17:00-da Formula 1 Azərbaycan Qran-Prisinin sıralanma turuna start verilib. Yürüşə hər biri iki pilotdan ibarət on komanda qatılıb.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, “Mercedes” komandasının heyətində Luis Hamilton və Valtteri Bottas, “Ferrari”də Sebastian Fettel, Kimi Raykonnen, “Williams”ın heyətində Sergey Sirotkin və Lans Stroll yarışırlar. “Red Bull Racing” komandasında Daniel Rikkardo, Maks Ferstappen, “Force India”da Eseteban Okon və Serxio Peres, “Renault”da isə Niko Hulkenberq ilə Karlos Sainz mübarizə aparırlar. Bundan başqa, “Toro Rosso”nun heyətində Brendon Hartli və Pyer Qasli, “Sauber”də Markus Eriksson, Çarles Lekler, “McLaren”də Fernando Alonso və Stoffel Vandurn yürüşdə iştirak edirlər. Pilotlar Roman Qrojan və Kevin Maqnussen isə “Haas” komandalarının idman şərəfini qoruyurlar.

Yürüş iştirakçıları 1 saat ərzində uzunluğu 6 kilometr olan Bakı trekində yarışacaqlar.

Sıralanma turunun nəticəsindən asılı olaraq Azərbaycan Qran-Prisinin həlledici mərhələsinin start düzlüşü müəyyənləşəcək.

Aprelin 29-da Formula 1 azarkeşləri Azərbaycan Qran-Prisində qalib adı uğrunda mübarizənin şahidi olacaqlar.

S.Xankişiyeva

 

Paylaş:
4499

Son xəbərlər

İlham Əliyev: Azərbaycan-Çin münasibətlərində son vaxtlar böyük canlanma baş veribBu gün, 13:54Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib - YENİLƏNİBBu gün, 13:35Jerar Depardye Parisdə saxlanılıbBu gün, 13:21Rəqəmsal inkişaf və nəqliyyat nazirinə 2 yeni müavin təyin edilib - DOSYEBu gün, 12:57“Azərbaycan 2030 və dayanıqlı inkişaf” milli tələbə müsabiqəsi keçirilibBu gün, 12:51Sabah 32 dərəcə isti olacaq - ProqnozBu gün, 12:46Növbəti köç karvanı Füzuliyə çatıb - FOTO - YENİLƏNİBBu gün, 12:41Babək Rayon İcra Hakimiyyətinə yeni başçı təyin olunduBu gün, 12:36Mayın 5-də 9 illik təhsil bazası üzrə imtahanlar keçiriləcəkBu gün, 12:22Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçiriləcəkBu gün, 12:21Prezident daha bir icra başçısını vəzifəsindən azad etdiBu gün, 12:15Vətən müharibəsində itkin düşən 6 hərbçiyə şəhid statusu verilibBu gün, 11:51TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıbBu gün, 11:51PAŞA Holding tərəfindən Future Shapers inkişaf proqramının açılış tədbiri təşkil edilib - FOTOBu gün, 11:45Abşerona olan sevgi ziyalıları bir araya topladıBu gün, 11:42İsveçdə Qurani-Kərim yandırılıb - VİDEOBu gün, 11:27FHN metroda təlim keçirib - VİDEOBu gün, 11:23İlham Əliyev Malayziyanın Parlament Senatının prezidentini qəbul edibBu gün, 11:14“BakıKART” artıq m10-da!Bu gün, 11:02Bakıda mənzildən 60 min manatlıq qızıl-zinət əşyaları oğurlanıbBu gün, 10:59
Bütün xəbərlər